Bitkoin ucuzlaşdı


Bitkoinin qiyməti son 24 saat ərzində 9,64% azalaraq 56,801 min dollar düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.  
Məlumata görə, bitkoinin qiyməti sonuncu dəfə fevralın 28-də 57 min dollardan aşağı düşüb.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs və ya şəxslər tərəfindən yaradılıb. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Son vaxtlar bitkoinin tədarükü təbii şəkildə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top